İDMAN


Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, www.worldjudo2018.com saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Saytda Ana səhifə, rəsmi, xəbərlər, təqvim və nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifariş etmələri üçün də müvafiq bölmə mövcuddur.

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin salamlama nitqləri də saytda yer alıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.