İDMAN


Bakıda keçiriləcək dünya kuboku yarışında atıcılıq idmanı qaydalarına sınaq dəyişiklikləri ediləcək

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası Lonatoda (İtaliya) keçirilən dünya kuboku yarışından sonra stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.

AZƏRTAC xəbər verir ki, təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir. Xüsusilə, VAR, heyətlərin püşkatması və marker lenti qaydaları diqqətdədir.

Təklif olunan düzəlişlər dünya kuboku yarışlarının təşkilatçıları ilə razılaşdırıldıqdan sonra Azərbaycanın paytaxtında sınaqdan keçiriləcək. Sınaqların nəticəsindən asılı olaraq, 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunları başlamazdan əvvəl müvafiq qaydalara dəyişikliklər edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.