İDMAN


Bakıda keçiriləcək dünya kuboku yarışlarına hazırlıq sürətlə davam edir

Bakı, 7 fevral, AZƏRTAC

Batut gimnastikası və tamblinq üzrə dünya kubokunun başlanmasına qalan günlərin sayı azaldıqca yarış arenasında daha artıq canlanma hiss olunur. Belə ki, milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya gələn Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları Milli Gimnastika Arenasında məşqlərə start veriblər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, fevralın 11-də arenada dünya kuboku yarışlarının yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zelandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli dünya kuboku yarışlarında 31 ölkədən 300-ə yaxın gimnast mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.