İDMAN
Bakıda keçiriləcək dünya kuboku yarışlarında Polşanı üç gimnast təmsil edəcək
Bakı, 9 fevral, AZƏRTAC
Polşa milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında təşkil olunacaq yarışda üç polşalı batutçu – Mateus Drobinski, Kasper Rempalski və Artur Zakrzevski medallar uğrunda mübarizə aparacaq.
Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.
Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]