İDMAN


Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 50 ölkədən idmançılar iştirak edəcəklər

Bakı, 18 fevral, AZƏRTAC

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 50-dir. Yarışda ümumilikdə 201 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.