İDMAN


Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışlarının loqosu və medalları təsdiqlənib

Bakı, 27 fevral, AZƏRTAC

Mayın 11-12-də Bakıda paracüdo üzrə dünya kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə ikinci dəfə keçiriləcək bu mötəbər yarışda 40-dan artıq ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.

Yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Turnirdə kişilər 60, 66, 73, 81, 90, 100 kiloqram və 100 kiloqramda yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiq olunub. Turnirin loqosu da müəyyənləşib.

Qran-Pridə iştirak edəcək Azərbaycan milli komandasının heyəti aprelin sonunda elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.