İDMAN


Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına bir həftə qalıb

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına bir həftə qalıb

Bakı, 22 may, AZƏRTAC

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına bir həftə qalıb.

AZƏRTAC xəbər verir ki, bir çox beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfə ki, çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda baş tutacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaqlar. Dünya çempionu olacaq taekvondoçu aktivinə 140 reytinq xalı əlavə edəcək. İki minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən minədək idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. Yeddi gün davam edəcək yarış “Baku Crystal Hall”da baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.