İDMAN
Bakıda keçirilən Avropa tennis turnirinə yekun vurulub
Bakı, 30 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa tennis turnirinə yekun vurulub.
AZƏRTAC Azərbaycan Tennis Federasiyasına istinadla xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən turnir çərçivəsində son olaraq 18 yaşlı idmançıların yarışı keçirilib. Oğlanların yarışında Jakaz Kozbak, qızların mübarizəsində isə Kira Batakina birinci pillənin sahibi olublar.
Turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev də mükafatçılar sırasında yer alıblar.
Tennisçilərimiz bu çıxışları ilə reytinq xalları əldə ediblər. Bu xallarla idmançılarımız beynəlxalq yarışlarda iştirak hüququ qazanacaqlar.
Millimizin baş məşqçisi Yalçın Manaflı yerli idmançılarımızın çıxışını yüksək qiymətləndirib. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparıb. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]