İQTİSADİYYAT


Bakıda keçirilən tədbirdə cəmiyyətdə qadın menecerlərin rolu müzakirə olunub

Bakı, 8 mart, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bakıda “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi cəmiyyətdə qadın menecmentinin rolunun qiymətləndirilməsi və daha da artırılması olub. Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının əməkdaşları, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbiri açaraq bank sektorunda qadınların rolundan və əhəmiyyətindən danışıb.

Daha sonra tədbirin spikerlərinin təqdimatları olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Cəmiyyətdə qadının rolu”, “Kapital Bank” ASC-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova “Uğura aparan yol, bunun üçün kimə minnətdaram”, həkim psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskaya “Həyat və iş balansı”, “100 Business Women” və “Red Communications” təşkilatlarının rəhbəri Tatyana Mikayılova “Qadın olaraq peşəkar inkişafımda hansı dəstəyə ehtiyacım var” və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Bədirxanov “Cəmiyyətdə qadın menecerin rolu” mövzularında təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.