İDMAN


Bakıda keçirilməsi planlaşdırılan gimnastika üzrə Avropa çempionatlarına ilkin qeydiyyat siyahıları açıqlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Bu il Bakıda təşkil edilməsi planlaşdırılan gimnastika üzrə Avropa çempionatlarına ilkin qeydiyyat siyahıları açıqlanıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dekabrın 9-13-nə təyin olunan kişi idman gimnastikası üzrə 34-cü qitə birinciliyində 39 ölkə iştirakını təsdiqləyib. Siyahıya əsasən, çempionluq və mükafatlar uğrunda mübarizə aparacaq 324 gimnastın 159-u böyüklər, 165-i isə gənclər yaş qrupunda yarışa qatılacaq. Ümumilikdə 736 nəfərin Azərbaycan paytaxtına səfər edəcəyi gözlənilir.

Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatında isə 38 ölkədən 304 gimnastın iştirakı gözlənilir. Onların 157-si böyüklər, 147-si isə gənclər yaş qrupunda qitə birincisi olmaq üçün mübarizəyə qoşulacaq. Bu yarışda iştirak üçün isə 699 nəfərin ölkəyə səfəri gözlənilir.

Qeyd edək ki, bu yarışlar, həmçinin Ukraynada keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Avropa çempionatının (26-29 noyabr) təşkili ilə bağlı yekun qərar Avropa Gimnastikası tərəfindən sentyabrın sonunda açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.