CƏMİYYƏT


Bakıda keçmiş məhkumun üzərindən bir kiloqramdan artıq heroin aşkarlanıb VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC 

Bakı Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin dələduzluq - mənimsəmə maddəsi ilə məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 30 qram heroin aşkar olunaraq götürülüb. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib. O, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib.

Faktla bağlı V.Qəmbərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.