SİYASƏT


Bakıda kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC 

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən, Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələləri, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.