CƏMİYYƏT
Bakıda kimyəvi təmizləmə sexindən oğurluq edən şəxs saxlanılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakıda kimyəvi təmizləmə sexindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonu ərazisindəki kimyəvi təmizləmə sexlərinin birindən 335 manat pul, habelə içərisində 3400 manat pul olan dəmir seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov Nəsimi Rayon Polis İdarəsinin 20-ci və 22-ci polis bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun gözəllik salonlarının birindən 400 manat pul, 500 manat dəyərində mobil telefon və gümüş əşyalar oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı təhqiqat davam etdirilir.