İDMAN


Bakıda kompakt-sportinq üzrə Qran-Pri turnirinin açılış mərasimi olub VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Novxanı Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Qran-Pri turnirinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində əvvəlcə iştirakçı komandaların keçidi olub.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev tədbirdə çıxış edərək ölkəmizdə idmanın digər növləri kimi, atıcılığın da inkişaf etdiyini bildirib. İdmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirən R.Rzayev deyib: “Atıcılıq Azərbaycanda qədim ənənələrə malik idman növlərindən biridir. Stend atıcılığının kompakt-sportinq növünə də ölkəmizdə maraq böyükdür. İdmançılarımız bu sahədə artıq bir sıra nailiyyətlər qazanıblar. İdmanın bu növü üzrə ilk beynəlxalq turnir 2010-cu ildə təşkil olunub. Kompakt-sportinq üzrə Qran-Pri turniri artıq altıncı dəfədir ölkəmizdə təşkil olunur. Əminik ki, budəfəki yarış da yüksək səviyyədə başa çatacaq”.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Hacıyeva kompakt-sportinq üzrə Qran-Pri turnirinə marağın ildən-ilə artdığını bildirib. O, komandamızın əldə etdiyi nailiyyətlərin daha da artacağına əminliyini vurğulayıb.

Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şahbazov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, paytaxt Bakıda, eləcə də bölgələrdə inşa edilən Olimpiya İdman kompleksləri, müxtəlif təyinatlı idman qurğuları idmanın daha sürətli inkişafına şərait yaradıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.

Qran-Pridə Azərbaycan komandası ilə yanaşı, Rusiya, ABŞ, Belarus, Küveyt, Litva və Qazaxıstan yığmaları da qüvvələrini sınayırlar.

Turnirinə sentyabrın 29-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.