MƏDƏNİYYƏT


Bakıda litvalı rejissorun “Buzlaqlarda  qadın” filmi nümayiş olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, A.Stonys görüşdə tamaşaçılara rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib.

Sənədli filmin Qazaxıstanda çəkildiyini bildirən rejissor deyib: “Filmin tarixi çox sadədir. Dostum mənə Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Çinin sərhədləri arasında yerləşən Tyanşan dağında sadiq iti və pişiyi ilə 30 ildir tənha yaşayan litvalı qadın alim Ausra Revutaite haqqında danışdı. O, dəniz səviyyəsindən təxminən 3500 metr yüksəklikdə yerləşən, keçmiş sovet dövründən qalmış araşdırma stansiyasında Tuyuksu buzlaqlarında iqlim dəyişikliyini öyrənirdi. Həmin qadın ona bu cəsarəti gətirən təkliyi və sükutu sevirdi. Bu əhvalat diqqətimi çəkdi, necə ola bilər ki, insan öz həyatını çətin şəraitli dağlar, buzlaqlar qoynunda keçirsin?! Bizim nə dağımız, nə buzlağımız var. Bu qadının həyatını, keçirdiyi hissləri lentə almaq mənim üçün çox maraqlı gəldi”.

Sonra rejissorun “Buzlaqlarda qadın” filmi nümayiş olunub.

Qeyd edək ki, A.Stonys 1992-ci ildə Avropa Film, 2002-ci ildə isə Litva Milli mükafatlarına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.