CƏMİYYƏT


Bakıda mağazanın damını sökərək obyektdən seyf oğurlayan şəxslər saxlanılıb VİDEO

Bakı, 3 aprel, AZƏRTAC 

Xətai rayonu ərazisindəki marketlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mağaza sahibi Xətai Rayon Polis İdarəsi 37-ci polis şöbəsinə müraciət edərək marketin dam örtüyünün söküldüyünü və obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını deyib.

Məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbiri keçirdiblər. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar. Qrupun digər üzvü, paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in inzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkir.

Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev damdan daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər. Pulu ələ keçirəndən sonra saxlanılan şəxslər izi itirmək məqsədilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları həmin seyfi atıldığı yerdən taparaq maddi sübut kimi götürülüblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.