İQTİSADİYYAT


Bakıda mineral gübrələrə dair konfrans keçiriləcək

Bakı, 7 fevral, AZƏRTAC

Martın 14-15-də Bakıda “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müzakirə olunacaq mövzular sırasında “SOCAR karbamid” zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionunun gübrə istehsalçılarının ixracının əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və sair var.

Xəzər regionu və Orta Asiya ölkələrində mineral gübrələrin istehsalı üzrə bu ölkələrin daxili bazarlarının tələbatını məhsul buraxılışına görə üstələyən yeni vasitələrin işə salınması Qara dəniz limanlarında ixrac təkliflərinin həcmini artıracaq. Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır.

Sumqayıtda “SOCAR karbamid” zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcək. Tədbir çərçivəsində “SOCAR karbamid” zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək

Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribütorları, nəqliyyat-logistika şirkətlərini bir araya gətirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.