ELM VƏ TƏHSİL


Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

“Xəzər” Universitetinin Mərkəz Kampusunda respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti və Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Milli Məclisin deputatları, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğurlar arzulayıb.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib.

Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər.

“Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri Nuğay Əliyev çıxış edərək bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət bu seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir.

Sonra tədbir təlimçilərin çıxışları ilə davam etdirilib. Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), Günay Hüseynzadə (Azərbaycan), Çen Xiaojen (Çin), Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil mütəxəssisi Fərid Süleymanov (Azərbaycan) və Azərbaycan Respublikası Təhsil İnstitutunun xarici əlaqələr şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.