MƏDƏNİYYƏT


Bakıda musiqi bayramı keçirilir VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də “YAY” qalereyasında musiqi bayramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşıb.

Tədbir Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin tələbələrinin konserti ilə açılıb. Onların ifasında pop və bəstəkar mahnıları səsləndirilib. Qeyd edək ki, yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və ictimaiyyətə digər açıq yerlərdə qeyd olunur. Musiqi ifası, həmçinin Bakının küçələrində səsləndiriləcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarələr meydanı və Nizami küçəsi boyunca yayılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.