CƏMİYYƏT


Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bakı, 2 aprel, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Taleh Kərimov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı kimi Balaxanı qəsəbəsində T.Kərimova məxsus yarımtikiliyə baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 605 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində heroini şəxsi istifadə və satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.