İQTİSADİYYAT


Bakıda neft istehsalı 1 faiz artıb, qaz hasilatı isə 4,9 faiz azalıb

Bakı, 6 avqust, AZƏRTAC 

Cari ilin yanvar-iyun aylarında Bakıda xam neft istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artıb, qaz hasilatı isə 4,9 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyun aylarında 20,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda, 15,5 faizi emal sektorunda, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.