MƏDƏNİYYƏT


Bakıda növbəti “Global Village” mədəniyyət festivalı

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 23-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək.

AZƏRTAC “AIESEC”in “facebook” səhifəsinə istinadla xəbər verir ki, “Global Village” mədəniyyət festivalında “AIESEC” Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana Global Volunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AIESEC”-Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.

Qeyd edək ki, “Global Village” “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.