CƏMİYYƏT


Bakıda növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 15-də səhər saatlarından etibarən Bakı şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə göstərilən tarixdə küçəyə çıxmamaq xahiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.