Bakıda oğurluqda şübhəli bilinən üç yeniyetmə yaxalanıb
AzerTAg.az
Bakı, 5 iyul, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt sakinləri N.Hüseynzadənin və E.Bağırovun pulunu, mobil telefonunu və aksesuarlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları Binə qəsəbəsi ərazisində qəsəbə sakini S.Hacıyevin “VAZ-2105” markalı avtomobilindən 200 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən bir yeniyetməni yaxalayıblar.
İyunun 27-də paytaxt sakini olan bir qadının çantasından 438 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Bədəlova isə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var