İDMAN


Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları davam edir

Bakı, 13 may, AZƏRTAC

Paraçüdoçumuz Vuqar Şirinli Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan V.Şirinov onaltıdabir finalda meksikalı cüdoçu Bryan Gerardo Aburto Beltranı məğlub edib. Səkkizdəbir finalda rusiyalı idmançı Zaur Cəbrayılova qalib gələn paracüdoçumuz növbəti mərhələdə özbəkistanlı Şerzod Namozovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda cüdoçumuz türkiyəli Receb Çiftci ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.