MƏDƏNİYYƏT


Bakıda portretlər sərgisi açılıb

Bakı, 1 iyul, Ceyhun Alışov, AZƏRTAC

Bakıda, "Art Villa" qalereyasında ilk dəfə fotoillüstrasiya üslubunda portretlər sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, müəllifi gənc qrafik dizayner Rəsul Həsənov olan "Düha" adlı portretlər sərgisi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının dəstəyi ilə həyata keçirilib.

Layihədə portretlərlə yanaşı, obrazlı rəsm əsərləri da nümayiş olunub.

Müəllifin fotorealistik üslubda hazırladığı 20 rəsm portretində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin obrazları canlandırılır və tədricən unudulmuş keçmiş yenidən bərpa edilir.

Bir sıra incəsənət nümayəndələrinin və ölkəmizdə olan xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.