CƏMİYYƏT


Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə və Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı (Aİ) Fəaliyyət Planına uyğun olaraq, Aİ-nin texniki yardım və informasiya mübadiləsi aləti olan TAIEX proqramından istifadə təcrübəsinin prokurorluq əməkdaşlarına öyrədilməsi ilə bağlı oktyabrın 14-15-də Bakıda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Hərbi, Bakı Şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqları əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olub.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri xanım Adriana Tetevenska və xanım Mariya Giuseppina Muratore, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.