CƏMİYYƏT


Bakıda qadınlar arasında ilk dəfə Startup yarışı keçirilir VİDEO

Bakı, 9 fevral, Xanım Nağıyeva, AZƏRTAC

“Global Startup Weekend Women” tədbirinə bu il Bakı da qoşulub.

Fevralın 9-da ADA Universitetində təşkil olunan yarışın açılış mərasimində çıxış edən NEXT Step İnnovasiyalar Mərkəzinin əməkdaşı Kəmalə İsmayılova bildirib ki, “Boş durma, hərəkət et!” şüarı ilə keçirilən yarış fevralın 11-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalarla qadın sahibkarlar, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər. Yarışın qalibi olan ideyanın sahibi isə mart ayında Parisdə keçiriləcək böyük finalda ölkəmizi təmsil edəcək. Həmçinin qalib komanda NEXT Step İnnovasiyalar Mərkəzinin Sup.az aksellerasiya proqramında iştirak etmək haqqını qazanacaq. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. Üç gün ərzində iştirakçılar mentorlardan biznes məsləhətləri ala və tövsiyələri dinləyə biləcəklər.

“Startup Weekend Women” layihəsi ilk dəfə ötən il Parisdə həyata keçirilib, bu il isə artıq 30 ölkəni əhatə edən qlobal tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startup anlayışını möhkəmləndirərək, öz işini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi şanslar yaradacaq.

Bu tədbirin qlobal siması məşhur aktrisa və fotomodel Emma Vatsondur. Parisdə keçiriləcək böyük finalda onun da iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.