CƏMİYYƏT


Bakıda qadınlara qarşı soyğunçuluq: Pul, bank kartları götürülüb

Bakıda qadınlara qarşı soyğunçuluq: Pul, bank kartları götürülüb

Bakı, 4 fevral, AZƏRTAC

Nizami və Yasamal rayonlarında qadınlara qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Digər bir soyğunçuluq hadisəsi isə Yasamal rayonunda baş verib. Belə ki ,Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Əşrəf Mahmudov müəyyən olunaraq saxlanılıb.

Hər iki soyğunçuluq hadisəsi ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.