CƏMİYYƏT


Bakıda qeyri-infeksion xəstəliklərin profilaktikası mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçiriləcək

Bakı, 19 noyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Profilaktik Təbabət Milli Tibbi Tədqiqat Mərkəzi ilə birgə “Qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriəcək.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Rusiya Profilaktik Təbabət Milli Tibbi Tədqiqat Mərkəzi Tədqiqat Mərkəzinin əməkdaşları M.Məmmədov, D.Nebieridze, Y.Balanova, N.Axmedjanov və Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları V.Mirzəzadə, İ.Mustafayev, N.Fərəcova, S.Mehdiyev müxtəlif qeyri-infeksion xəstəliklərin aktual problemlərini müzakirəyə çıxaracaqlar.

Konfrans noyabrın 22-də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt salonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.