CƏMİYYƏT


Bakıda quldurluq edən şəxs saxlanılıb

Bakı, 5 iyul, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 16-da Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Quliyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə sərnişin qismində əyləşən paytaxt sakini bıçaqla onu hədələyib pulunu və mobil telefonu quldurluq yolu ilə talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.