CƏMİYYƏT


Bakıda quldurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıb

Bakı, 15 avqust, AZƏRTAC 

Paytaxtda quldurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov Nəsimi rayonu 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Avqustun 12-də isə Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir azyaşlının velosipedini soyğunçuluq yolu ilə alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini K.Gülmalıyev Nəsimi rayonu 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.