MƏDƏNİYYƏT


Bakıda regionlardan olan fırça ustalarının əsərləri sərgilənəcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində regionlardan olan gənc rəssamların əsərlərindən ibarət “Təsviri sənət” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC akademiyanın “Facebook” səhifəsinə istinadla xəbər verir ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. Sözügedən sərgi respublikanın bir neçə şəhər və rayonlarında açılacaq, kataloq dərc olunacaq, iştirakçilara sertifikatlar təqdim ediləcək. 14-29 yaş arası fırça ustalarının qatıla biləcəyi sərgiyə rəngkarlıq və qrafika texnikalarında işlənmiş sərbəst mövzuda işlər təqdim oluna bilər.

Qrafika işləri A3 və A4 formatında, rəngkarlıq işləri isə maksimum 100 x100 ölçüdə olmalıdır. Rəsmin arxa tərəfində işin adı, işlənən texnika, müəllifin adı, soyadı, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Rəsm işlərini noyabrın 10-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təqdim etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.