CƏMİYYƏT


Bakıda rekord şaxta 6 il əvvəl qeydə alınıb

Bakı, 23 fevral, AZƏRTAC

Bakı şəhərində fevral ayında ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, 1954-cü ildə havanın orta aylıq temperaturu mənfi 0,7° olub ki, bu da iqlim normasından 5,6° azdır. Uzun müddət gündüz temperatur müsbət 6°-dən yuxarı qalxmayıb. Havanın minimal hərarəti isə mənfi 8°-dək enib. 1969-cu il fevralın 9-10-da temperatur mənfi 9,6° təşkil edib. 2012-ci il fevralın 8-də isə Bakıda rekord şaxta qeydə alınıb. Belə ki, həmin gün havanın hərarəti mənfi 11°-yə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.