MƏDƏNİYYƏT


Bakıda sağlamlıq imkanları məhdud olan istedadlı insanların əl işlərindən ibarət sərgi açılıb

Bakı, 28 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC

Bakıda sağlamlıq imkanları məhdud olan istedadlı insanların əl işlərindən ibarət "Gəlin birlikdə dəstək olaq" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, layihənin təşkilatçısı Sevinc Əlizadə tədbirdə çıxış edərək belə sərgilərə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, sərginin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir.

"Park İNN-Azərbaycan" otelində təşkil olunmuş sərgidə 30-dan çox sağlamlıq imkanları məhdud olan insanların əl işləri nümayiş olunub.

Bir gün davam edən sərgidə qayğıya ehtiyacı olan insanların əl işlərini almaqla onlara cüzi də olsa yardım edə bilmək imkanı yaradılıb.

Xeyriyyə məqsədilə açılan sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.