İQTİSADİYYAT


Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan məhsullarının ixracı: biznes üçün yeni imkanlar" və "İnkoterms (beynəlxalq ticarət sövdələşməsi)" mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxalq standartlar və s. barədə ətraflı məlumatlar verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.