İDMAN


Bakıda sərbəst güləş üzrə açıq kubok yarışı keçirilir

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışı start götürüb.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda ölkənin bütün bölgələrindən 30-dan çox komandanın heyətində 250-dək yeniyetmə güləşçi mübarizə aparır. İki gün davam edəcək turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.