CƏMİYYƏT


Bakıda silahlı şəxs saxlanılıb

Bakı, 22 iyun, AZƏRTAC 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Edqar adlı şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - paytaxt sakini Edqar Abdullayev Nəsimi rayonu ərazisində tutulub. Onun Biləcəri qəsəbəsində qeydiyyatda olduğu evə baxış keçirilən zaman “WALTER” markalı tapança, bir daraq və yeddi patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Edqar Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.