CƏMİYYƏT


Bakıda silahlı şəxs saxlanılıb VİDEO

Bakı, 28 mart, AZƏRTAC 

Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman “AK” markalı avtomat silah, bir patron darağı və doqquz patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.