CƏMİYYƏT


Bakıda sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni “Abad həyət” və məhəllələrin, burada vətəndaşların istirahəti üçün müvafiq şəraitin yaradılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.