İDMAN
Bakıda stend atıcılığı üzrə ölkə kuboku yarışı keçiriləcək
Bakı, 11 may, AZƏRTAC
Bakıda stend atıcılığı üzrə ölkə kuboku yarışı keçiriləcək.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarış mayın 12-15-də Bakı Atıcılıq Mərkəzində baş tutacaq.
Yarışlar stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək. Turnirdə ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 50 idmançı iştirak edəcək.
Azərbaycanın stеnd atıcılığı üzrə Olimpiya Oyunlarında iştirakı 1988-ci ildə Sеul Olimpiadasında başlayıb. Ölkəmiz olimpiadanın ilk qızıl medalını da idmanın məhz bu növü qazanıb. 2000-ci ildə Sidnеydə kеçirilən Yay Оlimpiya Оyunlarında ölkəmizi təmsil edən Zеmfira Mеftahətdinоva 100 mümkün хaldan 98-ni toplayaraq, dünyanın ən sərrast stеnd atıcısı kimi tariхə düşüb.
Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın 4 ən yaxşı mərkəzindən biridir.