İQTİSADİYYAT


Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsr olunmuş forum keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsr olunmuş “Dairy Expert Forum Bakı-2022“ adlı forum keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, aqropark, südçülük müəssisələrinin əməkdaşları, fermerlər və sahibkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heyvandarlıq sektorunun xüsusi payı olduğunu qeyd edib. Şöbə müdiri bildirib ki, heyvandarlıq sektorunun inkişaf etdirilməsi, heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, məhsulların keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin aşağı salınmasında yem bazasının təşkili, mal-qaranın balanslaşdırılmış qarışıq qüvvəli yemlərlə təmin olunmasının əsas amillərdən sayılır. Forum iştirakçılarına heyvandarlıq sektorunun inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verilib.

Forumda yerli ekspertlərlə bərabər Türkiyədən, Almaniyadan dəvət edilmiş xarici mütəxəssislər də iştirak ediblər. Südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarında “Yemləmə xətalarının fəsadları və onların iqtisadi analizi”, “Müxtəlif yemləmə konseptlərinin süd istehsalının səmərəliliyinə təsiri”, “Silos və senajın keyfiyyəti”, “Genetika südçülükdə əsas faktor kimi” aktual mövzulara dair təqdimatlar edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.