MƏDƏNİYYƏT


Bakıda suluboya ilə işləyən rəssamların əsərlərindən ibarət sərgi açılacaq

Bakı, 11 iyun, AZƏRTAC

Bakıda suluboya ilə işləyən rəssamların əsərlərindən ibarət “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “IWS Globe” beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery” ilə birlikdə təşkil olunur.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməlidir, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İşlərin ölçüsü A3 formatından az olmamalıdır, hər bir rəssam 3 iş göndərə bilər.

Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək.

İştirak etmək istəyənlər işlərinin fotolarını [email protected] elektron ünvanına göndərə bilər.

Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də feysbuk və instaqram səhifələrində yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.