İDMAN


Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sayca dördüncü olan bu yarış dekabrın 4-5-də Azərbaycan Boks Federasiyasının idman zalında təşkil ediləcək.

Yarışın keçirilməsində məqsəd respublikamızda taekvondo idman növünün təbliği, inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılması, gənclərdən ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, eləcə də Azərbaycan və Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafıdır.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2002-2004-cü il təvəllüdlü gənc idmançıları mübarizə aparacaqlar. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom və medallarla mükafatlandırılacaqlar.

Xatırladaq ki, 2015-ci ildən keçirilən turnir əvvəllər Qubada, Qəbələdə və Sumqayıtda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.