İDMAN


Bakıda təşkili nəzərdə tutulan güllə və stend atıcılığı üzrə dünya kuboku yarışları ləğv edilib

Bakı, 27 aprel, AZƏRTAC

Bakıda təşkili nəzərdə tutulan güllə və stend atıcılığı üzrə dünya kuboku yarışları ləğv edilib.

AZƏRTAC Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (ISSF) istinadla xəbər verir ki, yarış koronavirus səbəbindən ləğv edilib. İnsanların sağlamlığı əsas götürülərək Bakıda yarışın təşkili məqsədəuyğun hesab edilməyib.

Qeyd edək ki, dünya kuboku yarışlarının iyunun 21-dən iyulun 2-dək keçirilməsi planlaşdırılırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.