İQTİSADİYYAT


Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 milyard 226 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.