İQTİSADİYYAT


Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bakı, 29 mart, AZƏRTAC

Cari ilin ilk iki ayında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4811 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 2556,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,7 faiz artaraq 2254,1 milyon manata bərabərdir. İstehlak məhsullarının 33,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.