İQTİSADİYYAT


Bakıda ticarət mərkəzində baş verən yanğın səbəbindən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro-City” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, F.Xoyski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən, həmçinin Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə girişə də məhdudiyyət tətbiq edilib.

Yanğın səbəbindən 5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişikliklər olub və gecikmələr yaranıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.