İDMAN


Bakıda triatlon üzrə beynəlxalq seminar keçiriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycanda triatlon üzrə ilk beynəlxalq seminar və məşq düşərgəsi noyabrın 7-dən 10-dək Bakıda təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, beynəlxalq seminarda mühazirəçi qismində Ukraynanın “Sapik Team” klubunun nümayəndələri çıxış edəcək. Onlar Milli Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılmış “BakuTripClub” ilə əməkdaşlıq edirlər.

Məşğələni Olimpiadanın üçqat iştirakçısı, peşəkar triatlet, Malayziyada keçirilmiş “Ironman” turnirinin qalibi Daniil Sapunov, “Ironman” dünya çempionatının iştirakçısı Anastasiya Çernenko və triatlon məşqçisi İqor Kovtun keçirəcəklər. Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüstəm İbrahimov giriş nitqi ilə çıxış edəcək.

Beynəlxalq seminar interaktiv formatda keçiriləcək. İştirakçılar öz həyatlarından bəhs edəcək, bu idman növünün incəliklərini diqqətə çatdıracaq, bir sıra digər məsələləri müzakirə edəcəklər.

“Sapik Team” klubunun səfəri çərçivəsində birgə məşqlərin keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.