İQTİSADİYYAT


Bakıda turizm biznesi peşəkarları üçün tədbir təşkil olunacaq

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 15-də “JW Marriott Absheron” otelində turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək.

Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarlarıdır. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaq. “B2B Luxury & MICE Workshop” layihəsi çərçivəsində habelə fevralın 13-də Almatıda, 17-də isə Tbilisidə vorkşoplar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edir. Vorkşopun açılışında bu ölkənin turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cəhətləri haqda söhbət açacaq, habelə “Turkish Airlines” hava yolları şirkəti Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər.

Tədbir haqqında ətraflı məlumat və xarici iştirakçıların tam siyahısı ilə www.B2Btravelworkshop.com saytında və yaxud “Facebook” səhifəsində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.